20 Aprel 2024
İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası üzvlərinin görüşü oldu - FOTOLAR

09 İyul 2021
Baxış: 3161

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası üzvlərinin görüşü olub.

AJMEDİA.İNFO xəbər verir ki, görüşdə Palatanın prezidenti Aleks Kaplun Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan geniş miqyaslı sosial islahatlarla bağlı İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası üzvlərinin məlumatlandırılması, bu mövzuda səmərəli fikir mübadilələrinin aparılması baxımından belə bir görüşün əhəmiyyətini diqqətə çatdırıb.

S.Babayev Azərbaycanla İsrail arasında dost münasibətlərinə, yüksək siyasi etimada əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişlənməkdə olduğunu vurğulayıb.

Nazir qeyri-formal məşğulluğun qarşısının alınması tədbirlərindən, formal məşğulluğa keçidi stimullaşdırmaq üçün tətbiq olunan təsirli mexanizmlərdən bəhs edib. Əmək müqavilələrinin sayında artım dinamikasını, sahibkarlarla sosial dialoqun inkişaf etdirildiyini diqqətə çatdırıb. DOST konsepsiyası, sosial sahədə proaktiv xidmətlər barədə məlumat verib.

Görüşdə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlığı çərçivəsində şəhid övladlarının və qazilərin məşğulluq imkanlarının artırılması məqsədilə onların informasiya texnologiyaları üzrə peşə hazırlığı kurslarının təşkili və tərəfdaş şirkətlərdə işlə təmin olunması layihəsinin təqdimatı olub.