23 Aprel 2024
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından "YAŞAT" marafonu üçün ÇAĞIRIŞ

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından "YAŞAT" marafonu üçün ÇAĞIRIŞ

25 May 2021
Baxış: 3290

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi Azərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşkil etdiyi "YAŞAT" xeyriyyə marafonunda fəal iştirak etməyə çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDİA.info-ya bildirilib ki, assosiasiyanın sosial media şəbəkələrində paylaşılan müraciətində bildirilib ki, Azərbaycan xalqı heç bir zaman oğullarının qəhrəmanlığını unutmayacaq: "Əziz dostlar, gəlin II Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçən şəhidlərin və yaralanan qazilərin ailələrinə kömək edək! Biz sizi ağır bərpa dönəmini keçən qəhrəmanların ailələrinə yardım etməyə çağırırıq. Məhz, bu məqsədlə Azərbaycan Diasporuna Dəstək Fondu bu xeyriyyə marafonunu təşkil edir", - deyə müraciətdə bildirilib.Qeyd edək ki, "Azİz" rəhbərlərinin və fəallarının internet üzərindən müraciəti və "Ana Vətən çağırır!", "Gəlin bir olaq!", "Birlikdəyik!" çağırışları çoxsaylı sosial şəbəkə istifadəçiləri tərəfindən izlənilib və paylaşılıb.