20 Aprel 2024
İspaniyanın Baş Naziri: Karantin 450 min nəfərin xilas edilməsinə kömək olub

İspaniyanın Baş Naziri: Karantin 450 min nəfərin xilas edilməsinə kömək olub

22 İyun 2020
Baxış: 431

Koronavirusun baş qaldırması səbəbindən İspaniyada mart ayında tətbiq olunan karantin rejimi 450 minə yaxın insan həyatının xilas edilməsinə kömək olub.

AJM xəbər verir ki, bu barədə hökumət sədri Pedro Sançes müstəqil elmi tədqiqatlara istinadla bəyan edib.

Elə həmin tədqiqatların göstəricilərinə görə, karantin Avropada 3 milyon nəfərin koronavirusdan xilas edilməsinə kömək olub.

Bazar günü İspaniyada yüksək hazırlıq rejimi başa çatıb və ölkə təhlükəsizlik tədbirlərinə riayət etmək şərtilə adi həyatına qayıdıb.

Teqlər: İspaniyan