27 Yanvar 2022

Azerbaijan, Baku

2°C/8°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

İranla Gürcüstan arasında gərginlik yarandı

İranla Gürcüstan arasında gərginlik yarandı

23 Sentyabr 2021
Baxış: 359

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə gürcü sərhədçilərinin İran vətəndaşlarına qarşı davranışlarını qəbuledilməz adlandırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Tasnim News" məlumat yayıb. Bildirilir ki, İran rəsmisi Tiflisdən bu məsələni ən qısa zamanda həll etməyə çağırıb.

Xatibzadə Gürcüstanda yaşayan iranlıların diskriminasiya ilə bağlı şikayətlərinə cavab olaraq İranın Tiflisdəki səfirliyinin bu problemi yaxından izlədiyini və Gürcüstanın Tehrandakı səfirliyinə məlumatlar verildiyini bildirib.

Qeyd edək ki, son vaxtlar Gürcüstan sərhədçiləri İran vətəndaşlarının, hətta daimi vizası olanların da Gürcüstana girişini qadağan ediblər.