23 Aprel 2024
“İranda prezident seçkilərində bu şəxs qalib gələcək və repressiyalara başlayacaq” – ŞOK AÇIQLAMA

“İranda prezident seçkilərində bu şəxs qalib gələcək və repressiyalara başlayacaq” – ŞOK AÇIQLAMA

18 İyun 2021
Baxış: 751

“İranda keçiriləcək prezident seçkiləri əvvəlkilərdən fərqli olaraq ciddi şəkildə siyasi gündəm yaratmayacaq. Çünki, artıq seçkinin favoriti var”.

AJMEDİA.info xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, seçkinin favoriti mühafizəkarların lideri İbrahim Rəisidir: “Onun qalib olacağı indidən bəllidir. Çünki, islahataçıların güclü namizədi seçkilərə buraxılmadı. Mühafizəkarlar hazırkı seçkiləri öz nəzarətinə aldılar. Bu da İranda sistem daxili demokratiyanın olmadığını gpstərir. Halbuki, İran bu illərə qədər keçirdiyi seçkiləri demokratik seçki adlandırırdı. İslahatçıların mövqelərinə zərbə vurulandan sonra İran əhalisi bu seçkilərdə maraqlı deyil. Əgər, islahlatçıların namizədi seçkilərə qatılsa idi, o zaman qalib gələcəkdi. Çünki, İran-ABŞ arasında nüvə anlaşması masadadır və iqtisadi sanksiyaların aradan götürülməsi gözlənilir. Bu danışıqları da məhz islahatçılar başalayıb. Amma, İbarhim Rəsinin prezident seçilməsi ABŞ-la danışıqlara zərbə vurmayacaq. Nüvə danışıqları davam edəcək. Çünki İran da sanksiyaların götürülməsində maraqlıdır”.

Politoloqun sözlərinə görə, İbrahim Rəisi Təbrizdə çıxışında azərbaycanlılara imtiyazlar tanıyacağını elan etdi. Bu bölgənin inkişaf etdiriləcəyinə söz verdi: “Bu, seçki öncəsi səslərin qazanmasına hesablanıb. İbrahim Rəsisi seçiləndən sonra, birinci siyasi repressiyaları Təbrizdən və azərbaycanlılardan başlayacaq. Çünki, azərbaycanlılar bu bölgənin inkişf etdirilməsində maraqlıdırlar və milli haqlarını tələb edirlər. İbrahim Rəsisi uzun illər Məhkəmə hakimi və baş prokuror olaraq məhz bu istiqamətlərdə əsas cəza verən kimi tanınıb. Onun yenidən cəza aparatını dövlət siyasətinə gətirməsi mümkündür. İranın Azərbaycanla əlaqlərinə gəldikdə isə, Türkiyə Azərbaycan arasında imzalanan “Şuşa” Bəyannaməsi İranın əlini qolunu bağlayacaq. İran çalışacaq ki, Azərbaycanla müəyyən əlaqələri qoruyub saxlasın”.