22 May 2022

Azerbaijan, Baku

14°C/21°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

İranda narazı xalq “Bəsic” qüvvələrinin bazasını yandırdı - VİDEO

İranda narazı xalq “Bəsic” qüvvələrinin bazasını yandırdı - VİDEO

13 May 2022
Baxış: 198

İranda son qiymət artımına etiraz olaraq Çaharmahal və Bəxtiyari əyalətlərində xalq ayağa qalxıb. Cunəqan şəhərində isə hökumətin yarıtmaz siyasəti əleyhinə müxtəlif şüarlar səsləndirən sakinlər “Bəsic” qüvvələrinin bazasına hücum edərək yandırıblar.

AJMEDİA.İNFO bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, bazada İİR dövlət bayrağına od vurulub, lövhələr, qapı və pəncərələr sındırılıb.

Bundan başqa, Cunəqan şəhərinin imam-cüməsinin ofisi də narazı insanlar tərəfindən dağıdılıb.

Etirazçılar “Rəisiyə ölüm!”, “Xameneiyə ölüm!”, “Xomeneiyə lənət!”, “Diktatora ölüm!” və “Lənətə gəlmiş mollalar!” kimi müxtəlif şüarlar səsləndiriblər.

Hüquq mühafizəçiləri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, həmçinin havaya atəş açıblar.

Son məlumatlara görə, təhlükəsizlik qüvvələri aksiya iştirakçılarının həbsinə başlayıb.

Bundan başqa, şəhərdə internetin verilişi məhdudlaşdırılıb.