25 Aprel 2024
İranda jurnalist "ABŞ və İsrail kəşfiyyatı ilə əməkdaşlığa görə" ölüm hökmünə məhkum edildi

İranda jurnalist "ABŞ və İsrail kəşfiyyatı ilə əməkdaşlığa görə" ölüm hökmünə məhkum edildi

30 İyun 2020
Baxış: 2457

İranda, Amad News xəbər portalının rəhbəri Ruhollah Zam edam cəzasına məhkum edilib. Bu barədə TASS İran Ali Məhkəməsinin rəsmi nümayəndəsi Golyam Hüseyin İsmailiyə istinadən məlumat verib.

İsmailiyə görə, edam cəzası ilə bağlı qərar qətidir. Məhkəmə rəsmisi şikayət verilə biləcəyini qeyd edib.

Jurnalistin hökumət əleyhinə fəaliyyətdə və Fransa, ABŞ və İsraildəki xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunduğu qeyd olunur.

Zam 2019-cu ilin oktyabrında İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən tutulduğunu, fəşfiyyatın illərdir jurnalisti izlədiyi iddia edilir. Onların sözlərinə görə, o, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək "ölkəni qarışıqlığa sürükləmək" istəyib.

2017-2018-ci illərdə Zam İranda etirazları işıqlandırmaqla fəal məşğul olub, Fransa isə onun daimi iqamətgahı idi. İran hakimiyyəti dəfələrlə Amad Newsu hökumət əleyhinə qaynaq adlandırıb.