20 Aprel 2024
"İranda cəllad Prezident seçildi, bu, bir siqnaldır" - İsrailin Baş Naziri

"İranda cəllad Prezident seçildi, bu, bir siqnaldır" - İsrailin Baş Naziri

21 İyun 2021
Baxış: 959

İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmiş siyasət yürütməyə davam edəcək.

AJMEDİA.info xəbər verir ki, bunu İsrailin Baş naziri Naftali Bennet deyib.

“İranın cəllad rejimi kütləvi qırğın silahları almamalıdır, bu, İsrail dövlətinin açıq, dəyişməz mövqeyidir. İranda İbrahim Rəisi yeni prezident seçildi. Xamenei minlərlə İran vətəndaşının ölümünə görə məsuliyyət daşıyan “Tehran cəlladı”nın seçilməsinə icazə verdi. Rəisinin seçilməsi dünya gücləri üçün kimlərlə iş apardıqlarını anlamaq baxımından bir siqnaldır”, - Bennet bildirib.