25 Aprel 2024
İran yəhudiləri bir həftə ərzində iki nəfərin koronavirusdan öldüyünü bildirirlər

İran yəhudiləri bir həftə ərzində iki nəfərin koronavirusdan öldüyünü bildirirlər

16 Mart 2020
Baxış: 2499

İsrailin dini nəşri Yated Neeman, Tehranın baş ravvini Yehuda Qrami ilə müsahibə dərc edərək, COVİD-19 yayılmasının ən ölümcül hala gəldiyi ölkənin yəhudi icmasında koronavirusla mübarizədə vəziyyəti və təhlükəsizlik tədbirləri barədə danışıb.

Məlumata görə yalnız son bir həftədə İranda iki yəhudi koronavirusdan ölüb.

Ravvin qeyd olunan virusun artmasına baxmayaraq, axşam Purimdə, Ravvin Garmi və bir qrup dindar yəhudi, Hamedan şəhərindəki Ester və Mordechayın məzarında Megilla Esteri oxuyub. Ancaq bundan dərhal sonra səhiyyə sistemi ilə məsləhətləşmədən Ravvin Grami və Tehrandakı mərkəzi Bays Din toy və icma mərasimlərinin qadağan edilməsinə qərar verilib.

Bundan əlavə, baş ravvin, yəhudi icmasının üzvlərinə evdə ibadət etməyi tövsiyə edib.

Qeyd etmək lazımdır ki, İranda son bir gündə ən azı 129 nəfər koronavirusdan ölüb, qurbanların sayı 853 nəfərə çatıb, yoluxmuşların ümumi sayı 14991 nəfərə çatıb, 4996 nəfər xəstəlikdən sagaldığı bildirilib.