23 Aprel 2024
"İran yaxın günlərdə Qarabağın "statusu"nu..."  - ŞOK AÇIQLAMA

"İran yaxın günlərdə Qarabağın "statusu"nu..." - ŞOK AÇIQLAMA

07 Oktyabr 2021
Baxış: 648

“İranın Xarici İşlər Nazirliyindəki mənbənin verdiyi məlumata görə, rəsmi Tehran yaxın günlərdə Bakı ilə fəal diplomatik təmaslara və müzakirələrə başlamaq niyyətindədir”.

AJMEDİA.İNFO bildirir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist qeyd edib ki, Tehran Bakı ilə 5 məsələni müzakirə etmək istəyir:

“3+3” formatında (Azərbaycan-Rusiya-Ermənistan və Türkiyə-İran-Gürcüstan) İranın aktiv fəaliyyətinin təminatı;

“2+2” formatında İranın iştirak variantlarının nəzərdən keçirilməsi;

İkinci Qarabağ Müharibəsindən sonra bölgədə yaranmış yeni realıqların müzakirəsi;

Qarabağın statusunun müəyyənləşdirilməsində İranın rolunun müzakirəsi;

İkitərəfli əlaqələrdə son vaxtlar yaranmış müəyyən problemlərin nizanmalanması yollarının müzakirəsi.

Bəndlər bəllidir. Amma 3 və 4-cü bəndlər irrealdır, çünki Azərbaycan üçün “Qarabağın statusu” problematikası yoxdur. Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını itirən, geosiyasi mövqelərinin əksəriyyətini uduzan İran indi itkilərini qismən də olsa, bərpa etməyə çalışır. Amma mənasız cəhdlərdir”.

Çağatay Noqay

AJMEDİA.İNFO