29 Mart 2024
İran Ukrayna təyyarəsinin vurulmasına dair son hesabatı açıqlayıb

İran Ukrayna təyyarəsinin vurulmasına dair son hesabatı açıqlayıb

17 Mart 2021
Baxış: 1263

İran Ukrayna təyyarəsinin vurulmasına dair son hesabatı açıqlayıb.

AJM-nın məlumatına görə, İranın Milli Aviasiya Təşkilatı Sepah qüvvələri tərəfindən 1 il öncə təyyarənin vurulmasının səbəblərinə dair son hesabat yayıb.

285 səhifəlik hesabatda "müdafiə sisteminin operatoru" bu hadisədə əsas günahkar elan olunub.

Bildirilib ki, operator coğrafi mövqeyi tənzimləmədə səhv etdiyindən, təyyarəni düşmən təyyarəsi kimi müəyyən edib və ona tərəf iki raket atıb.

Hesabatda bildirilib ki, Ukrayna təyyarəsinin uçuş qrafikinin bu səhvin baş verməsində rolu olmayıb. Raketlərdən birinin təyyarənin yaxınlığında partlaması qəzaya səbəb olub.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi ötən il yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması ilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.