16 Aprel 2024
İran Prezidenti kriptovalyuta fəaliyyətini leqallaşdırmağa ÇAĞIRDI

İran Prezidenti kriptovalyuta fəaliyyətini leqallaşdırmağa ÇAĞIRDI

09 İyun 2021
Baxış: 588

İran Prezidenti Həsən Ruhani ölkədə kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına və bu sahəyə investisiya qoyan vətəndaşların kapitalının qorunması üçün lazımi addımların atılmasına çağırıb.

AJMEDİA.info İRNA-ya istinadən xəbər verir ki, Ruhani bu sahədə dinamik bir strategiya hazırlanmalı olduğunu və kriptovalyutaların ölkənin makroiqtisadiyyatındakı rolu ilə əlaqədar bütün lazımi tədbirlərin görülməsini vurğulayıb:

“Kriptovalyuta fəaliyyətini leqallaşdırmaq və bu sahədə xalqın kapitalını qorumaq üçün əlaqədar nazirliklər tərəfindən mümkün qədər tez həll yolu tapılmalı, lazımi qanunlar və təlimatlar hazırlanmalı və təbliğ edilməlidir”.