25 Aprel 2024
İran Prezidenti Ərdoğanı belə qarşıladı - VİDEO

İran Prezidenti Ərdoğanı belə qarşıladı - VİDEO

19 İyul 2022
Baxış: 405

İranda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə Prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanıb.

AJMEDİA.İNFO Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın rəsmi qarşılanma mərasimi Sadabad sarayında baş tutub.

Xatırladaq ki, Ərdoğan Tehranda Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək.

Bunun ardınca, “Astana formatı”nda Türkiyə-İran-Rusiya liderlərinin iştirakı ilə üçtərəfli zirvə görüşü keçiriləcək. Görüşün əsas mövzusu Suriya olacaq.

Bununla yanaşı, Ərdoğan səfər zamanı rusiyalı həmkarı Putinlə ikitərəfli görüş keçirəcək.