20 Aprel 2024
İran hakerləri İsrail və ABŞ-ın müdafiə şirkətlərinə HÜCUM ETDİ

İran hakerləri İsrail və ABŞ-ın müdafiə şirkətlərinə HÜCUM ETDİ

13 Oktyabr 2021
Baxış: 701

İran hakerləri İsrail və ABŞ müdafiə şirkətlərinə məxsus 250 hesabı qırmağa cəhd ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu məlumatı “Maykrosoft” şirkəti yayıb.

Hakerlərin 20 hədəfi uğurla ələ keçirdiyi, hücum texnikasını hər dəfə təkmilləşdirdiyi bildirilib.

Şirkət hakerlərin təkcə müdafiə deyil, Yaxın Şərq və Fars körfəzindəki dəniz daşımaları şirkətlərini də hədəf aldığını bəyan edib.