25 Aprel 2024
İqor Ponomaryova Prezident mükafatı təqdim edildi - FOTO

İqor Ponomaryova Prezident mükafatı təqdim edildi - FOTO

20 Dekabr 2021
Baxış: 732

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) akt zalında keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il imzaladığı müxtəlif sərəncamlarla təltif edilmiş bir qrup şəxsə dövlət mükafatlarını təqdim edib.

AJMEDİA.İNFO xəbər verir ki, tədbirdə əvvəlcə, ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən, ADBTİA-nın 90 illik yubileyi münasibətilə və Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə təltif edilmiş 1 nəfərə “Şöhrət” ordeni, 1 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün müvafiq sənədi, 7 nəfərə “Tərəqqi” medalı, 8 nəfərə “Əməkdar müəllim”, 5 nəfərə isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının vəsiqəsi və döş nişanı təqdim edilib.

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin müxtəlif Sərəncamları ilə təltif edilmiş şəxslərə “Şöhrət” və “Şərəf” ordenləri, 3 nəfərə “Tərəqqi” medalı, 4 nəfərə isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim edilib.

Qeyd edək ki, mükafatlandırılanlar arasında “Sabah” klubunun Müşahidə Şurasının üzvü, futbol veteranı İqor Ponomaryov və Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov da olub.