29 Mart 2024
İnquşetiyada baş verən atışmada 4 nəfər ölüb

İnquşetiyada baş verən atışmada 4 nəfər ölüb

16 İyun 2020
Baxış: 384

Rusiyanın İnquşetiya respublikasında baş vermiş atışma nəticəsində 4 nəfər ölüb.

AJM-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə İnquşetiyanın paytaxtı Nazran şəhərində qeydə alınıb.

Bildirilib ki, silahlı insident torpaq üstündə mübahisəyə görə baş verib.

Həyatını itirənlərdən bir nəfər polis əməkdaşıdır.

Bundan başqa, 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağırdır.