26 Aprel 2024
İngiltərə insanlarda koronavirus peyvəndi sınaqdan keçirən üçüncü ölkə olacaq

İngiltərə insanlarda koronavirus peyvəndi sınaqdan keçirən üçüncü ölkə olacaq

22 Aprel 2020
Baxış: 529

Çin və ABŞ-da artıq koronavirus peyvəndi könüllülərdə sınaqdan keçirməyə başlamışdırlar. Oxford Universiteti alimləri də oxşar təcrübəyə başladıqlarını açıqlayıblar.

Peyvənd hazırlayanlar müvəffəqiyyət nisbətinin 80 faiz olduğunu təxmin edirlər. İngiltərənin Səhiyyə naziri bu fikirlər barədə xəbərdarlıq edib və peyvəndin təhlükəli bir dərman olduğunu söyləyiblər.

Hazırda dünyada 70-ə yaxın laboratoriya COVID-19 əleyhinə peyvənd üzərində işləyir və xeyli dövlət qrantı alır. Ancaq vaksinlərin kütləvi istehsalına başlaması üçün bir neçə ay vaxt lazımdır.

İngilislər şimpanzedən zərərsiz virus istifadə edib və koronavirus molekullarının bir hissəsini öz quruluşuna əlavə edib. Bu üsul əvvəllər digər xəstəliklərlə daha əvvəl istifadə edilmişdir.

Britaniya hökuməti peyvənd sınaqlarının uğurlu olacağı təqdirdə ölkədəki dərman zavodları ilə müqavilələr bağlayacağını bildirib.