25 Sentyabr 2022

Azerbaijan, Baku

17°C/26°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

İlham Əliyev və Mehriban Əliyeva Türkiyədə SƏFƏRDƏDİR

İlham Əliyev və Mehriban Əliyeva Türkiyədə SƏFƏRDƏDİR

09 Avqust 2022
Baxış: 174

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gedib.

AJMEDİA.İNFO xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşılayıblar.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb.