24 Aprel 2024
İlham Əliyev 4 polkovnikə general-mayor rütbəsi verdi - SİYAHI

İlham Əliyev 4 polkovnikə general-mayor rütbəsi verdi - SİYAHI

02 İyul 2021
Baxış: 758

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

AJMEDİA.İNFO bildirir ki, sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə

polis polkovniki İslam Möhsüm oğlu Hümbətova

polis polkovniki Əkbər Məcid oğlu İsmayılova

polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.