25 Aprel 2024
İki tanınmış siyasətçi canlı yayımda yumruq davasına çıxdı - VİDEO

İki tanınmış siyasətçi canlı yayımda yumruq davasına çıxdı - VİDEO

21 İyul 2021
Baxış: 619

Moldova daxili işlər nazirinin keçmiş müavini Qennadi Kosovan və Prezident Maya Sandunun sabiq müşaviri Sergey Tofilat televiziya şousunda əlbəyaxa olublar.

AJMEDİA.İNFO xəbər verir ki, dava zamanı Kosovan huşunu itirib və həkimlərin köməyinə ehtiyac duyub.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Siyasətçilər “Jurnal TV” telekanalındakı verilişdə ekspert kimi iştirak edirdilər. Canlı yayım zamanı onlar şəxsi münasibətlərə keçiblər: keçmiş nazir müavini rəqibini “düşük” adlandırıb və üzünə su çırpıb, buna cavab olaraq bir neçə yumruq zərbəsi alıb, nəticədə huşunu itirib.