25 Aprel 2024
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səkkiz milyon manatlıq avtomobil alır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səkkiz milyon manatlıq avtomobil alır

13 Yanvar 2022
Baxış: 521

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 65 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

AJMEDİA.İNFO xəbər verir ki,tenderin qalibi “Abşeron Avtomobil Mərkəzi” MMC-dir.

Qalib şirkətə 7,909 milyon manat ödəniləcək. Başqa sözlə, avtomobilin biri təxminən 122 min manata başa gələcək.