27 İyun 2022

Azerbaijan, Baku

23°C/29°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Hulusi Akardan Yunanıstanın silahlanmasına REAKSİYA

Hulusi Akardan Yunanıstanın silahlanmasına REAKSİYA

24 Dekabr 2021
Baxış: 291

“Egeydə və Şərqi Aralıq dənizində Yunanıstanla problemlərimiz var”.

AJMEDİA.İNFO xəbər verir ki,bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar nazirlik əməkdaşlarının mükafatlandırma mərasimində iştirakı zamanı deyib.

O, Yunanıstanın Türkiyəyə 1950 metr məsafədə yerləşən Meis adasını silahlandırması ilə bağlı danışıb.

Akarın sözlərinə görə, Türkiyə bütün bu problemlərin beynəlxalq hüquq normaları və mehriban qonşuluq münasibətləri çərçivəsində danışıqlar, dialoq, sülh yolu və üsulları ilə həll edilməsini istəyir.

“Təəssüf ki, Yunanıstanda müəyyən siyasətçilər bu mövzuda son dərəcə aqressiv hərəkətlərini və ritorikalarını davam etdirirlər. Onlar son dərəcə uydurma və süni iddialarla Türkiyəni ekspansionist kimi təqdim etmək istəyirlər.

Bu silahlanma yarışı deyil, silah nümayişidir. Bəzi ölkələrin təşviqi və təxribatı ilə silahlanaraq Türkiyə üzərində üstünlük əldə etməyə çalışırlar. Bu boş bir səydir. Bundan əlavə, onlar NATO daxilində müttəfiq olsalar da, yeni alyanslarla nəsə etməyə çalışırlar. Biz bunların hamısının süni olduğunu deyirik. Bunun nəticəsidir ki, nə edirlərsə etsinlər, Türkiyə Cümhuriyyəti Dövləti və Türkiyə Silahlı Qüvvələri ölkəmizin və millətimizin hüquq və mənafelərini qorumağa, qərarlı, qətiyyətli və qadirdir. İstəyirik ki, bunu hamı bilsin”, - deyə o qeyd edib.

Teqlər: Hulusi Akar