29 Mart 2024
Histadrut, "El Al" aviaşirkətinə maliyyə yardımı ayırmağı təklif edib

Histadrut, "El Al" aviaşirkətinə maliyyə yardımı ayırmağı təklif edib

02 Mart 2020
Baxış: 448

Histadrut şirkətinin rəhbəri Arnon Bar-David, Maliyyə Nazirliyinə aviasiya sənayesindəki böhranla bağlı xəbərdarlıq edib.

Bar David'in Xəzinədarlıq Direktoru Şey Baabad'a göndərdiyi məktubda, İsrail hava yollarının acınacaqlı vəziyyətində olduğunu bildirmişdir. Bu barədə Valla məlumat yayıb.

Histadrut rəhbəri, koronavirusun baş verməsindən əziyyət çəkən "El Al" milli aviaşirkətinə 50 milyon şekel məbləğində iqtisadi yardımın verilməsini israr edib.

Xüsusilə şirkət maliyyə böhranı səbəbindən minə yaxın işçisini işdən çıxarmaq niyyətində olduğunu bildirib.

Bar David bu cür tədbirlərə qarşı olduğunu qeyd edib və bunun qarşısını almağın lazım olduğunu söyləyib.