18 Aprel 2024
Hindistanda körpünün çökməsi nəticəsində 9 nəfər ölüb

Hindistanda körpünün çökməsi nəticəsində 9 nəfər ölüb

25 İyul 2021
Baxış: 931

Hindistanın şimalında Himaçal-Pradeş ştatında körpünün çökməsi nəticəsində 9 nəfər ölüb.

AJM xəbər verir ki, bu barədə “ANI” xəbər portalı yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, körpünün sıradan çıxmasına son günlər davam edən daşqınlar səbəb olub. Yaxınlıqdakı qayalıqdan torpaq sürüşməsi nəticəsində sal daşlar aşağı yuvarlanaraq körpünün sütunlarını sıradan çıxarıb.

Hadisə zamanı körpüdən keçən avtomobillərdə olan sərnişinlərdən 9-u ölüb, 3-ü yaralanıb.

Teqlər: Hindistan