17 Aprel 2024
Hindistanda bir sutkada 396 nəfər koronavirusdan ölüb

Hindistanda bir sutkada 396 nəfər koronavirusdan ölüb

12 İyun 2020
Baxış: 387

Hindistanda bir sutkada 10900 nəfər koronavirusa yoluxub, 396 nəfər dünyasını dəyişib.

AJM-nın RİA Novosti-yə istinadən xəbərinə görə, ölkədə virusa yoluxanların sayı 297535-ə çatıb.

Bununla da Hindistan koronavirusa yoluxanların sayına görə Böyük Britaniya, İtaliya və İspaniyadan sonra 4-cü yerə çıxıb.

Hazırda bu ölkədə 141 842 insan virusa görə müalicə alır, 147 194 nəfər sağalıb, 8498 nəfər dünyasını dəyişib.

Teqlər: Hindistan