19 Aprel 2024
Hərbçinin prokurorluqda zorakılığa məruz qalması videosu ilə bağlı AÇIQLAMA - VİDEO

Hərbçinin prokurorluqda zorakılığa məruz qalması videosu ilə bağlı AÇIQLAMA - VİDEO

05 Noyabr 2021
Baxış: 578

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Rəsul Quliyevin guya Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciəti yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Baş Prokurorluğun hərbçinin zorakılığa məruz qalması iddiaları ilə bağlı fikirlərə münasibətində bildirilib.

Həmin videomüraciətlə əlaqədar bildiririk ki, Rəsul Quliyevin xidmətdə olduğu N saylı hərbi hissədən daxil olmuş materiallar əsasında Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddələri ilə cinayət işi başlanaraq, tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etməkdə təqsirləndirilən Rəsul Quliyevə qeyd olunan maddələrlə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin olunmuş, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilmiş, o cümlədən üzləşdirmə və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.