25 Aprel 2024
"HƏMAS"ın atdığı raket 6 yaşlı İsrail vətəndaşının həyatına son qoydu - FOTO

"HƏMAS"ın atdığı raket 6 yaşlı İsrail vətəndaşının həyatına son qoydu - FOTO

13 May 2021
Baxış: 647

"HƏMAS"ın İsrailin Sderot şəhərinə atdığı raket nəticəsində həyatını itirən şəxslərdən biri azyaşlı İdo Aviqaldır.

AJMEDİA.info xəbər verir ki, həkimlər altı yaşlı oğlanın həyatını xilas etmək üçün saatlarla mübarizə aparıblar, lakin təəssüf ki, bu, mümkün olmayıb.

Raket parçasının azyaşlının necə yaralanması suallar doğurub, çünki o, ailəsi ilə birgə mühafizə olunan otaqda olub.

Mütəxəssislərin dediyinə görə, ola bilsin ki, otaqda pəncərələrdən biri diqqətsizlikdən açıq qalıb və belə bir faciə yaşanıb.

Xatırladaq ki, İdo Aviqal "HƏMAS"ın raket hücumları nəticəsində həlak olan üçüncü israillidir.