28 Mart 2024
"HƏMAS" yenidən Təl-Əvivə və Yerusəlimdəki yəhudi yaşayış məntəqələrinə RAKET ATDI

"HƏMAS" yenidən Təl-Əvivə və Yerusəlimdəki yəhudi yaşayış məntəqələrinə RAKET ATDI

13 May 2021
Baxış: 573

Cümə axşamı gününün ilk saatlarında Qəzzadan Təl-Əvivə və Yerusəlim ətrafında yəhudi yaşayış məntəqələrinə doğru onlarla raket buraxılıb.

AJMEDİA.info xəbər verir ki, bu barədə “Dunya Al Watan” informasiya portalı xəbər yayıb.

Nəşrin məlumatına görə, hava həyəcanı siqnalları ilk dəfə ölkənin şimal hissəsində yerləşən Hayfa, Nagariya və Akkoda işə düşüb. Raketlərin binalara düşdüyü və nəticədə yanğınların baş verdiyi bildirilir.

Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının “İzzəddin al-Kassam briqadası” silahlı qanadı bəyan edib ki, İsrail şəhərlərinin raket atəşinə tutulması Qəzzanın atəşə tutulmasına cavab olub.