20 Aprel 2024
"HƏMAS" və "Hizbullah" bizim ordumuzdur - İranlı generaldan ŞOK ETİRAF

"HƏMAS" və "Hizbullah" bizim ordumuzdur - İranlı generaldan ŞOK ETİRAF

29 Sentyabr 2021
Baxış: 792

İranın yüksək rütbəli hərbi rəislərindən general Qulaməli Rəşid bildirib ki, İslam Respublikasının ölkə hüdudlarından kənarda “altı ordusu” var.

AJMEDİA.İNFO “Əl-Ərəbiyə” kanalına istinadən xəbər verir ki, general Qulaməli Rəşid İnqilab Keşikçiləri Korpusunun “Hatam əl-Anbiyə” hava hücumundan müdafiə bazasının komandanıdır. O, fəxrlə bildirib ki, İranın xaricdə yaratdığı “ordular” indi İslam Respublikasına işləyir.

General deyib ki, bu orduların ideoloji yükü var və onların missiyası İranı istənilən xarici hücumdan müdafiə etməkdir. Bu xarici ordular Livandakı “Hizbullah”dan, Fələstindəki HƏMAS və “İslami cihad”dan, Suriyada iranyönümlü qruplaşmadan, İraqda “Həşdi əş-Şaabi” qruplaşmasından və Yəməndəki husilərin “Ənsan Alla” qruplaşmasından ibarətdir.

Qulaməli Rəşid qeyd edib ki, İnqilab Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri general Qasım Süleymani öldürülməzdən əvvəl həmin xarici ordulardan bəhs etmişdi. “Bildirmişdi ki, o İran ərazilərindən kənarda altı ordu yaradıb”,-o xatırladıb.