25 Aprel 2024
Həkimdən DƏHŞƏTLİ ETİRAF: 100-dən çox xəstəni BU ÜSULLA ÖLDÜRDÜM

Həkimdən DƏHŞƏTLİ ETİRAF: 100-dən çox xəstəni BU ÜSULLA ÖLDÜRDÜM

25 Oktyabr 2021
Baxış: 660

Niderlandın Brabant bölgəsində yaşayan psixoloq Uim van Dijk "Volkskrant" qəzetinə verdiyi müsahibədə 100-dən çox xəstəsinə istifadə etdikdən qısa müddət sonra insanları öldürdüyü bildirilən "Middel X" adlı dərmanı verdiyini etiraf edib.

AJMEDİA.İNFO xəbər verir ki, psixoloq söylədiklərinin nəticələrinin fərqində olduğunu, amma əhəmiyyət vermədiyini vurğulayıb.

Xəbərdə "intihar tozu" və "ölümcül toz" adlandırılan dərmanın Niderland Ədliyyə Nazirliyi tərəfindən satışına və yayılmasına qadağa qoyulmasına baxmayaraq, qanunsuz olaraq əldə edilə biləcəyi qeyd edilib.

Ölkə mətbuatı müsahibədən sonra Eyndhoven polisi tərəfindən saxlanılan və sorğu-suala tutulan 78 yaşlı psixoloq barəsində "intihara kömək etmək" və "dərman qanunlarını pozmaq" ittihamı ilə istintaq başladıldığını yazıb.(Publika.az)