19 Aprel 2024
Həkim məsləhət komissiyasının fəaliyyətindəki neqativ hallara kim məsuliyyət daşıyacaq?

Həkim məsləhət komissiyasının fəaliyyətindəki neqativ hallara kim məsuliyyət daşıyacaq?

29 Dekabr 2021
Baxış: 592

Həkim məsləhət komissiyasının fəaliyyətindəki neqativ hallara məsuliyyəti birbaşa tibb müəssisənin direktoru daşıyır.

AJMEDİA.İNFO xəbər verir ki,bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli canlı yayımda “Əlilliyin təyin olunmasında tibb müəssisələrinin rolu” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, həkim məsləhət komissiyasının bütün üzvləri işin gedişində məsuliyyət daşıyır:

“Biz əsasnamə tərtib edərkən həkim məsləhət komissiyasının sədri vəzifəsinə direktorun və ya onun müavinlərindən birinin təyin oluna biləcəyini qeyd etmişik. Bu məsuliyyəti həkim məsləhət komissiyasının bütün üzvləri daşıyır. Lakin direktor komissiya sədri deyilsə, bu o demək deyil ki, o məsuliyyətdən kənar qalır. Ona görə də həkim məsləhət komissiyasının fəaliyyətinə birbaşa direktor məsuliyyət daşıyır”.

“Agentliyimizin regionlarda 11 filialı fəaliyyət göstərir. Bölgələrdə həkim məsləhət komissiyalarının fəaliyyətinə bu filiallarımız vasitəsilə nəzarət edirik. Hər bir filial 5-6 rayon ərazisini əhatə edir. Bu rayonlar hansı filialın ərazisinə düşürsə, o filial rəhbəri hər bir həkim məsləhət komissiyasının işlərində şəxsən iştirak edir və prosesə nəzarət edir. Hər günün yekununda prosesin nəticələri barədə agentliyin Tibbi Planlama departamentinin Əlilliyə nəzarət şöbəsinə məlumat verir. Bu məlumatlarda öz növbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir”, - deyə o əlavə edib.