25 Aprel 2024
Haitidə sərnişin qayığı qəzaya uğrayıb, onlarla insan öldü

Haitidə sərnişin qayığı qəzaya uğrayıb, onlarla insan öldü

30 Oktyabr 2021
Baxış: 479

Haitinin cənub sahillərində sərnişin qayığı qəzaya uğrayıb.

AJMEDİA,İNFO xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən EFE agentliyi məlumat yayıb.

Qəza nəticəsində azı 20 nəfər həlak olub. Ölənlər arasında iki azyaşlı da var.

Hadisənin baş verdiyi ərazinin sakinləri bir neçə nəfəri xilas ediblər.

İlkin versiyaya görə, qayıq həddindən artıq yüklənib, çünki göyərtəsində çoxlu miqdarda yük, xüsusən də sement kisələri olub.

Teqlər: Haiti