16 Aprel 2024
Hadrutda 2 erməni hərbçinin qalıqları tapıldı

Hadrutda 2 erməni hərbçinin qalıqları tapıldı

13 Oktyabr 2021
Baxış: 631

İşğaldan azad olunmuş Hadrut qəsəbəsində daha 2 erməni hərbçinin qalıqları aşkar olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1683 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.