20 Aprel 2024
Güclü külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU

Güclü külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU

23 Sentyabr 2021
Baxış: 412

Azərbaycanda sentyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-25° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-27° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti olacaq.