29 Mart 2024
Gorus-Qafan yolunda baş verənlər gizli sövdələşmənin nəticəsidir – Erməni deputat

Gorus-Qafan yolunda baş verənlər gizli sövdələşmənin nəticəsidir – Erməni deputat

21 Sentyabr 2021
Baxış: 675

“Son günlərdə Gorus-Qafan yolunda baş verən biabırçılıq gizli bir sövdələşmənin nəticəsidir”.

AJMEDİA.İNFO bizim media-ya istinadən xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Hayastan” blokundan olan deputatı Artur Qazinyan yazıb.

Qazinyan yazıb ki, təhvil vermə İlham Əliyevlə əldə edilən şifahi anlaşma nəticəsində baş verib.

Ermənistan Silahlı Qüvvələrinin yerləşdirilməsi üçün isə “sovet Ermənistanı”nın sərhədləri başlanğıc nöqtəsi kimi qəbul olunub.

“Təcili istintaq olmalıdır, ekvivalent qiymətləndirilmə aparılmalıdır. Rusiya Federasiyası 10 noyabr bəyanatının həyata keçirilməsinin qarantı olub və belə də qalır, buna görə də Nikol Paşinyanın “hərbi eskalasiyadan qaçmaq” haqqında iddiası yalandır, hərbi eskalasiya təhlükəsi olmayıb və ola bilməzdi”, – deyə o qeyd edib.