23 Aprel 2024
"Google"un bir sıra xidmətlərində istifadəçi məlumatları avtomatik silinəcək

"Google"un bir sıra xidmətlərində istifadəçi məlumatları avtomatik silinəcək

25 İyun 2020
Baxış: 429

“Google" şirkəti bir sıra xidmətlərində istifadəçi məlumatlarının saxlanması qaydalarını dəyişdirəcək, məhdudiyyət müddətinin bitməsindən sonra məlumatlar avtomatik olaraq silinəcək”.

AJM TASS-a istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Sundar Piçai açıqlamasında bildirib.

O qeyd edib ki, "Google" istifadəçilərin şəxsi məlumatlarının qorunması üçün əlavə tədbirlər görmək niyyətindədir: “Şirkətin bir sıra xidmətlərindəki yeni hesablarda bütün məlumatlar toplanandan 18 ay sonra avtomatik olaraq silinəcək”.

Piçainin sözlərinə görə, "Google"a məxsus YouTube portalının hesablarından məlumat alındıqdan 36 ay sonra silinəcək. Bu müddət 18 və ya 3 aya endirilə bilər.

Qeyd edək ki, "Google" əvvəllər də özləri də bilmədən çox məlumat topladıqlarına görə istifadəçilərini dəfələrlə tənqid etmişdi.

Teqlər: Google