29 Mart 2024
G20 ölkələrinin iqtisadi azalması 22 illin rekordunu vurub

G20 ölkələrinin iqtisadi azalması 22 illin rekordunu vurub

11 İyun 2020
Baxış: 382

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu ilin I rübündə COVID-19 pandemiyası ilə mübarizə üçün ciddi tədbirlərin tətbiqi nəticəsində G20 ölkələrinin ÜDM-nin 3,4% azaldığını bildirib.

"APA-Economics"in məlumatına görə, bu barədə təşkilatın "OECD Economic Outlook" adlı hesabatının iyun buraxılışında deyilir.

Hesabatda qeyd olunur ki, bu, 1998-ci ildən bəri ən yüksək azalmadır. G20 ölkələri arasında cari ilin I rübündə ən böyük iqtisadi azalma əvvəllər koronavirusun pandemiyası ilə kəskin mübarizə tədbirləri tətbiq etmiş ölkələrdə müşahidə edilib. Bunların arasında olan Çinin ÜDM-i 9,8%, Fransa və İtaliyanın ÜDM-ləri isə 5,3% azalıb.

Hesabat dövründə Almaniya ÜDM-i 2,2%, Kanada – 2,1%, Böyük Britaniya iqtisadiyyatı isə 2% azalıb. Hindistan və Türkiyə I rübdə iqtisadi artımı qeyd edən yeganə G20 ölkələri olub və bu ölkələrdə müvafiq olaraq 0,7% və 0,6% səviyyəsində iqtisadi artım qeydə alınıb.

Teqlər: G20