20 Aprel 2024
Fransanı bir-birinə qatan gizli telefon danışığı: Ərin kişi sevgilisi var

Fransanı bir-birinə qatan gizli telefon danışığı: Ərin kişi sevgilisi var

12 Yanvar 2022
Baxış: 710

Fransalı siyasi şərhçi Nikolas Prisette son açıqlaması ilə ölkəsində gündəmi dəyişib.

Bu barədə “Haber Global”ın hazırladığı məlumatda qeyd edilir.

Siyasətçi iddia edib ki, Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitə zəng gəlib. Qarşı tərəfdəki şəxs “Bilirəm, əriniz hazırda kişi sevgilisinin yanındadır”, - deyə Bricitə səslənib.

Bu açıqlamadan sonra Makrona yaxın olan senator Fransis Patriat hadisənin ona pis təsir etdiyini deyib:

“Bricitə gələn telefon zəngindən sonra sarsıldım. Bu xəbərdən sonra nə edəcəyimi bilmədim, amma mən yenə də Makronla birgə addımlamağa davam edəcəyəm”.

Qeyd edək ki, Bricitin özü barədə də ötən ay yayılan iddialar geniş səs-küyə səbəb olmuşdu. Belə ki, onun əslində Jan-Mişel Tronye kişi adı ilə doğulduğu və sonradan cinsiyyətini dəyişdiyi iddia edilmişdi.