25 Aprel 2024
Fransada koronavirusdan ölənlərin sayı 29 346-ya çatıb

Fransada koronavirusdan ölənlərin sayı 29 346-ya çatıb

12 İyun 2020
Baxış: 415

Fransada koronavirus qurbanlarının sayı artmaqda davam edir. Son sutka ərzində 27 nəfər infeksiyanın qurbanına çevrilib, ümumilikdə eyni səbəbdən ölənlərin sayı 29 346-ya çatıb.

AJM xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilir ki, ölən 29 346-dan 18 962 nəfəri xəstəxanalarda keçinib. Epidemiyanın başlanğıcından bəri Fransada 103 067 nəfər xəstəxanaya müraciət edib ki, onların da 18 167-si reanimasiyaya yerləşdirilib. 72 149 nəfər sağalaraq evə buraxılıb.

“Hazırda 11 465 nəfər xəstəxanalarda qalır. Son bir sutkada 143 nəfər xəstəxanaya çatdırılıb. Vəziyyətləri ağır olan 903 koronaviruslu xəstə reanimasiyadadır”, - deyə idarənin məlumatında qeyd olunur.

Teqlər: Fransa