19 Aprel 2024
Folklor nümunələrinin dövlət qeydiyyatı üçün ərizəçi qismində müraciət edə bilən qurumlar müəyyənləşdirilib

Folklor nümunələrinin dövlət qeydiyyatı üçün ərizəçi qismində müraciət edə bilən qurumlar müəyyənləşdirilib

21 Avqust 2021
Baxış: 690

Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı üçün ərizəçi qismində müraciət edə bilən qurumlar müəyyənləşdirilib.

AJM xəbər verir ki, “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası”na əsasən ərizəçi qismində aşağıda göstərilənlər müraciət edə bilərlər:

- Mədəniyyət Nazirliyi (və ya nazirliyin tabeliyində və ya yanında olan qurumlar);

- Azərbaycan Milli Elmlər Akademiyası (və ya akademiyanın səlahiyyətli qurumları);

- Mədəniyyət Nazirliyi (və ya nazirliyin tabeliyində və ya yanında olan qurumlar) və Azərbaycan Milli Elmlər Akademiyasının (və ya akademiyanın səlahiyyətli qurumları) müvafiq rəyləri alınmaqla fiziki və ya hüquqi şəxslər.

AMEA (və ya akademiyanın səlahiyyətli qurumları) ərizəçi olduğu təqdirdə, Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı üçün Əqli Mülkiyyət Agentliyinə təqdim edilən nümunələrin siyahısı, adı (adları), onların mənbəyi, yarandığı yerin coğrafi adı və mənsub olduğu xalq (cəmiyyət) haqqında və digər məlumatlar Mədəniyyət Nazirliyi ilə razılaşdırılır.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 233 nömrəli qərarı ilə “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə Şəhadətnamənin nümunəsi” təsdiq olunub.

Teqlər: Folklor