19 Aprel 2024
Filippe Koutinyo karyerasını İngiltərədə davam edə bilər

Filippe Koutinyo karyerasını İngiltərədə davam edə bilər

21 May 2020
Baxış: 450

Almaniyanın “Bavariya” klubunun futbolçusu, müqavilə ilə İspaniyanın “Barselona” komandasına məxsus olan braziliyalı Filippe Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər.

AJM xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda Koutinyonu heyətinə qatmağa çalışan ən real namizəd “Mançester Yunayted” klubu sayılır. “Qırmızı şeytanlar”ın yaxın günlərdə təklif göndərəcəyi gözlənilir.

“Mançester Yuneyted” ilə yanaşı, digər ingilis klubları – “Çelsi”, “Tottenhem” və “Liverpul” da futbolçu ilə bağlı vəziyyəti yaxından izləyirlər.

Koutinyo 2019-cu ilin yayından 8,5 milyon avro qarşılığında “Bavariya” klubuna icarə əsasında keçib. Cari mövsümdə Bundesliqada 22 matçda meydana çıxan 27 yaşlı futbolçunun aktivində 8 qol və 6 məhsuldar ötürmə var.

Koutinyunun “Barselona” ilə olan müqaviləsi 2023-cü ilin yayında başa çatır. “Bavariya” və “Barselona” klubları arasında müqavilənin şərtlərinə əsasən Münxen təmsilçisi 120 milyon avro qarşılığında futbolçunu transfer edə bilər.