20 Aprel 2024
FİFA Moskva antidopinq laboratoriyasının nəticələrini gözləyir

FİFA Moskva antidopinq laboratoriyasının nəticələrini gözləyir

06 May 2020
Baxış: 1661

FİFA Moskva antidopinq laboratoriyasının təqdim edəcəyi nəticələri gözləyir.

Apasport.az saytının məlumatına görə, Rusiya futbolçularının qadağan olunmuş preparatlardan istifadəsi ilə bağlı araşdırma üçün zəruri sayılan bu göstəricilər mayda təqdim edilə bilər.

Məsələ ondadır ki, ötən həftə keçirilən videokonfrans zamanı Ümumdünya Antidopinq Agentliyi (WADA) FİFA-nı Rusiya idmanındakı dopinqlə bağlı yeni faktlar barədə məlumatlandırıb. Agentlik hazırda rusiyalı idmançılarla bağlı 298 işi araşdırır. Onlardan neçəsinin futbolla bağlı olduğu açıqlanmır.

Qeyd edək ki, daha öncə WADA Moskva laboratoriyasının nəticələri manipulyasiya etməsini aşkarlayıb.

Teqlər: FİFA