20 Aprel 2024
“Fəryad” filminin ikinci hissəsi çəkilir — Hadrutda dekorasiyalar qurulur

“Fəryad” filminin ikinci hissəsi çəkilir — Hadrutda dekorasiyalar qurulur

08 İyul 2021
Baxış: 485

Məşhur kinorejissor Vaqif Mustafayevin “Fəryad 2” filmi istehsalata buraxılıb.

AJMEDİA.İNFO-ya C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən xəbərə görə, filmin hazırlıq prosesi davam edir.


İkinci Qarabağ müharibəsinə həsr olunmuş filmin məkan çəkilişləri üçün Hadrut və Bakı şəhərində dekorasiyalar qurulur. Təxminən bir həftədən sonra filmin çəkilişləri başlanacaq və ilin sonuna qədər tamamlanacaq.

Ekran əsərinin ilin sonunda tamaşaçılara təqdim olunması nəzərdə tutulub.