18 Aprel 2024
"Fələstinə görə İsrailin hucumuna məruz qalırıq" - Suriya

"Fələstinə görə İsrailin hucumuna məruz qalırıq" - Suriya

10 İyun 2021
Baxış: 550

Suriya Xarici İşlər naziri Feysəl Miqdad Fələstinin bu ölkədəki yeni səfiri Samir ər-Rifainin etimadnaməsini qəbul edib.

AJMEDİA.info Suriyanın SANA agentliyinə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi binasında baş tutan mərasim zamanı Feysəl Miqdad çıxış edərək Fələstin xalqı ilə dostluqlarından danışıb.

Feysəl Miqdad görüşdə vurğulayıb ki, Suriya Fələstinə dəstək verdiyi üçün bu gün İsrail tərəfindən hücumlara məruz qalır.

"Qərb ölkələrinin və İsrail rejiminin səyləri müvəffəq olmadı. İki ölkənin dostluğunu zəiflədə bilmədilər", - deyə Samir ər-Rifai diqqətə çatdırıb.