Son sutkada vaksin vurduran olmayıb
3 saat əvvəlFazil Mustafa belə vurulub - ŞOK DETALLAR
29 Mart 2023
Baxış: 552
“Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə cinayətkar evin sağ tərəfində yerləşən daş hasarın arxasında gizlənərək gözləyib”.
Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafanın yaxın dostlarından biri deyib.
O bildirib ki, hadisəni törətmiş şəxs hasarın arxasından deputata atəş açmağa başlayıb:
“Cinayətkarın atəş açmasında məqsəd Fazil Mustafanı öldürmək olub. Deputat cəld tərpənərək yenidən maşına minib və tez qapını örtüb. Nəticədə o, çiynindən və ayağından 2 güllə yarası alıb, həmçinin avtomobilə ciddi zərər dəyib”.
Deputatın dostunun sözlərinə görə, hadisə Fazil Mustafanın kiçik qızının gözü önündə baş verib.