17 Aprel 2024
"Ermənistanın sərhədlərini öz sərhədlərimiz kimi qoruyacağıq" - Rusiyalı senator

"Ermənistanın sərhədlərini öz sərhədlərimiz kimi qoruyacağıq" - Rusiyalı senator

14 Sentyabr 2021
Baxış: 639

“Ermənistanın sərhədlərini öz sərhədlərimiz kimi qoruyacağıq”.

AJMEDİA.İNFO Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu sözləri rusiyalı senator, Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin üzvü Andrey Klimov agentliyin təşkil etdiyi videokörpü zamanı söyləyib.

Klimov bu sözləri NATO-nun üzvü olan Türkiyə ilə Azərbaycanın aşkar yaxınlaşmasına Rusiyanın münasibəti barədə danışarkən deyib. Onun sözlərinə görə, Rusiyanın hərbi doktrinası elə qurulub ki, “özünü və müttəfiqlərini qorumaqla, ölkə NATO-nun yalnız bir üzvünə deyil, yerdə qalanların hamısına birlikdə cavab verə bilər..”

Klimov əmindir ki, onları heç kim bu cür “yoxlamayacaq”, Ankaradakı həmkarlarımız və tərəfdaşlarımız bunu yaxşı bilirlər.