19 Aprel 2024
Ermənistanda koronavirusa yoluxanların sayı artmaqda davam edir

Ermənistanda koronavirusa yoluxanların sayı artmaqda davam edir

14 İyun 2020
Baxış: 311

Ermənistanda koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir. Son sutka ərzində Ermənistanda 663 yeni yoluxma faktı qeydə alınıb.

AJM xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 16 min 667 nəfərə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayıda daha 5 nəfər artaraq 269 nəfərə çatıb.

Teqlər: Ermənistan