23 Aprel 2024
Ermənistanda koronavirusa yoluxanların sayı 21 mini keçib, 372 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 21 mini keçib, 372 nəfər ölüb

23 İyun 2020
Baxış: 428

Ermənistanda son sutka ərzində daha 418 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

AJM-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 21 006 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 12 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 372 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 10 144 nəfərdir.

Teqlər: Ermənistan