19 Aprel 2024
Ermənistan Naxçıvanı yenidən atəşə tutdu: ZABİTİMİZ YARALANDI - RƏSMİ

Ermənistan Naxçıvanı yenidən atəşə tutdu: ZABİTİMİZ YARALANDI - RƏSMİ

20 İyul 2021
Baxış: 507

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.