26 Aprel 2024
Ermənistan müharibədə buna görə məğlub olubmuş - Erməni generaldan AÇIQLAMA

Ermənistan müharibədə buna görə məğlub olubmuş - Erməni generaldan AÇIQLAMA

08 İyun 2021
Baxış: 521

Ermənistan ordusunun keçmiş Baş Qərargah rəisi, general-polkovnik Yura Xaçaturov Qarabağ müharibəsindəki məğlubiyyətdən danışıb.

AJMEDİA.info xəbər verir ki, o 44 günlük döyüşlər zamanı buraxılan hərbi səhvlər barədə danışıb.

“Qarabağdakı ordu hissələri hamılıqla döyüş vəziyyətinə gətirilmədi, Lələ-Təpə istiqamətində əks-hücum əməliyyatı tez-tələsik hazırlanmışdı. Bundan başqa, 1-ci ordu korpusu ilk gündən döyüşlərə cəlb edilmişdi. Bu səhv idi, o ehtiyat qüvvə olaraq qalmalı idi”.

Eks-prezident Robert Koçaryanın başçılıq etdiyi seçki siyahısında iştirak edən Xaçaturov 1-ci Qarabağ Müharibəsinin fəal iştirakçısı olub.(modern.az)